Gəncədə yolu keçən məktəblini avtomobil vurdu

Hazırda oxunan: Gəncədə yolu keçən məktəblini avtomobil vurdu

55990

Gəncədə 13 yaşlı uşağı avtomobil vurub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən 2009-cu il təvəllüdlü uşağı vurub.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata əsasən, 13 yaşlı uşaq məktəbdən evə qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO