Anım Günü ilə bağlı qanun layihəsi təsdiqləndi

Anım Günü ilə bağlı qanun layihəsi təsdiqləndi

Hazırda oxunan: Anım Günü ilə bağlı qanun layihəsi təsdiqləndi

4944

Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Bizim.Media xəbər verir ki, Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO