Şəhid anası vəfat etdi

Hazırda oxunan: Şəhid anası vəfat etdi

49042

Aprel döyüşləri zamanı şəhid olan Mahmud İbrahimovun anası Gülbəniz İbrahimova vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova "Facebook" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
 

Ceyran Həsənova qeyd edib ki, Aprel döyüşlərinin qəhrəman şəhidi Mahmud İbrahimovun anası dəyərli bacımız, gözəl insan, qayğıkeş ana Gülbəniz xanım uzun sürən ağır xəstəlikdən haqq dünyasına - oğluna qovuşdu.


Qeyd edək ki, şəhid Mahmud Azər oğlu İbrahimov 1997-ci ilin 3 sentyabr tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub.

2016-cı ilin Aprel döyüşlərində şəhid olan əsgər doğulduğu Mehdiabad qəsəbəsində dəfn olunub.

Döyüşlərdə göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!    

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO