Xaçmazda TIR-la minik avtomobili toqquşdu, iran vətəndaşı yaralandı

Hazırda oxunan: Xaçmazda TIR-la minik avtomobili toqquşdu, iran vətəndaşı yaralandı

0:00
0:00
48036

Gəndab-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində qəza baş verib.

Bizim.Media-nın məlumatına görə, Rusiyaya gedən İran vətəndaşının idarə etdiyi TIR-la “Jiquli” markalı minik avtomobili toqquşub.

Nəticədə TIR-ın sürücüsü, İran İslam Respublikasının vətəndaşı Mehri Hüseyn Bəhram oğlu və “Jiquli”nin sürücüsü Çingiz Salayev xəsarət alıblar.

Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilən sürücülərin vəziyyətinin stabil olduğu deyilir.

Qəzanın səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO