Azərbaycanda ərini öldürən qadının cəzası azaldıldı

Hazırda oxunan: Azərbaycanda ərini öldürən qadının cəzası azaldıldı

42624

Onu döyərək işgəncə verən ərini öldürməkdə təqsirləndirilən 40 yaşlı Vəfa Orucovanın cəzası azaldılıb. 

Bizim.Media xəbər verir ki, ittihama görə, 2018-ci ildə Vəfa Orucova həyat yoldaşı Rövşən Musayevi bıçaqlayaraq qətlə yetirib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Orucova 12 il müddətinə azadlıqdan məhrum edilib.  
 

Hökmdən verilən şikayətə Ali Məhkəmədə baxılıb. Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda V.Orucovanın cəzası 12 ildən 11 ilə endirilib. 


Məhkəmə iclasında müəyyən olunub ki, V. Orucova güclü ruhi həyəcan vəziyyətində olarkən ərini öldürüb. Onun himayəsində 3 azyaşlı uşağı var. 

Xatırladaq ki, 2018-ci ilin noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. 

Vəfa Orucova ifadəsində törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, içki düşkünü olan əri onu pozğun həyat tərzi sürüb pul qazanmağa məcbur edib:

“Heç nədən dava salıb mübahisə edirdi. Həmin gün də məni döyməyə başladı. Sonra məni bıçaqla vurmaq istəyəndə bıçaq əlindən düşdü. Mən də bıçağı yerdən götürüb vurdum”. (Qafqazinfo) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO