Azərbaycanın bu müəssisələrinə Rusiyaya alma ixrac etməyə icazə verildi    

Hazırda oxunan: Azərbaycanın bu müəssisələrinə Rusiyaya alma ixrac etməyə icazə verildi    

0:00
0:00
39179

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 5 müəssisəsinə ölkəyə alma ixrac etməyə icazə verib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb. 

Məlumatda deyilir ki, bu qərar fitosanitar monitorinqinin təhlilinin nəticələrinə əsasən, həmçinin Azərbaycannın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib.

Həmin sahibkarlıq subyektləri Bakının Binəqədi rayonunda fəaliyyət göstərən "CTC Holdinq" MMC, Xətai rayonunda fəaliyyət göstərən "Ay Agro" MMC, Quba rayonunda fəaliyyət göstərən “Eа-Fruits" MMC, Saleh Cəfər oğlu Ərəbov və Şaulova Lyudmila İsayevnadır. 

Bununla da, Azərbaycandan Rusiyaya alma ixrac etməyə icazə verilmiş dən müəssisələrin sayı 70-ə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO