“12-ci İmam” kimi təqdim edilən şəxslə bağlı - AÇIQLAMA

Hazırda oxunan: “12-ci İmam” kimi təqdim edilən şəxslə bağlı - AÇIQLAMA

37494

“Şaurma №1” rəhbəri Fərid Zalov özünü restoranlar şəbəkəsinin ortağı kimi təqdim edən Aqil Babayevlə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, restoranlar şəbəkəsinin rəhbəri Fərid Zalov iqtisadiyyat.az-a açıqlamasında bildirib ki, “12-ci İmam” kimi təqdim edilən Aqil Babayev heç vaxt “Şaurma №1” restoranlar şəbəkəsinin şəriki olmayıb:

““Şaurma №1” restoranlar şəbəkəsi 1998-ci ildə fəaliyyətə başlayıb və hazırda da ölkə üzrə 20-dən çox filialda “Şaurma N1” brendi altında xidmət göstərir. Həmin restoranlar şəbəkəsi təşkilati hüquqi forma baxımından sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində dövlət qeydiyyatından keçərək müvafiq vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Özünü “12-ci İmam” kimi təqdim edən şəxslə bağlı SENSASİON FAKTLAR – RƏSMİ


“Şaurma №1” restoranlar şəbəkəsi fəaliyyətə başladığı gündən bu günə kimi heç bir fiziki və ya hüquqi şəxslə ortaqlığı olmayıb.

Kütləvi informasiya vasitələrinin və xəbər portallarının bu mövzu ilə əlaqədar xəbər paylaşarkən daha diqqətli olmalarını, yalnız dəqiqləşdirilmiş məlumatların paylaşılmasını xahiş edirik.”

Fərid Zalov bildirib ki, dərc edilən xəbərlərin işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan yalan məlumatlar kimi tanınaraq təkzib edilməsi, eləcə də işgüzar nüfuza dəyən zərərin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO