Vidadi Mirkamal: “Milli Şuranın sıralarında təmizləmələr olmalıdır”

Vidadi Mirkamal: “Milli Şuranın sıralarında təmizləmələr olmalıdır”

Hazırda oxunan: Vidadi Mirkamal: “Milli Şuranın sıralarında təmizləmələr olmalıdır”

35402

ACP lideri Rəsul Quliyev Milli Şuran sıralarını tərk edib. Eks-spiker bu barədə öz facebook səhifəsində yazıb. Moderator.az-a etibarlı mənbədən daxil olan məlumata görə Milli Şura yaxın günlərdə Rəsul Quliyevi qurumdan xaric edəcəkmiş. Bəzi iddialara  görə ACP lideri Milli Şuradan kənarlaşdırılacağını bildiyindən hadisələri qabaqlayaraq bu addımı atıb.

Moderator.az-a açıqlama verən ehtiyatda olan ədliyyə generalı, Milli Şura üzvü Vidadi Mirkamalın sözlərinə görə, Rəsul Quliyevin bu qurumdan xaric olunma məsələsi hələ seçkidən öncə gündəmdə olub:

“Rəsul Quliyev bu günə qədər Milli Şuranın heç bir tədbirində iştirak etməyib. Cəmil Həsənli Milli Şuranın vahid namizədi elan olunandan sonra R.Quliyevin Milli Şuraya qarşı mövqeyi sərtləşdi. ACP liderinin bu davranışlarıından sonra onun qurumdan xaric olunmasına dair təkliflər gündəmə gəlsə də biz seçki prosesinin sonunu gözləmək qərarına gəldik.  Rəsul Quliyev istefa etməsəydi belə biz onu qurumdan kənarlaşdırmaq istəyirdik. Məsələ təkcə Rəsul Quliyevlə bitmir. Bildiyimiz kimi Milli Şuranın elə üzvləri var ki əksər iclaslara iştirak etmir və quruma heç bir müsbət töhfə verə bilmir. Biz yaxın vaxtlarda iclas keçirib bu şəxslərin Milli Şuradan xaric olunması üçün məsələ qaldıracağıq. Hesab edirəm ki,   “Milli Şuranın sıralarında təmizləmələr olmalıdır.”

Xəyal Əzizov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO