Hafiz Hacıyevin oğlu ilə qızı İlham Əliyevə səs verəcək

Hafiz Hacıyevin oğlu ilə qızı İlham Əliyevə səs verəcək

Hazırda oxunan: Hafiz Hacıyevin oğlu ilə qızı İlham Əliyevə səs verəcək

34994
“Təbii ki, mən yalnız Azərbaycanı inkişaf etdirən insana səs verə bilərəm. Burada elə bir problem yoxdur. Amma konkret olaraq sabah İlham Əliyevə səs verəcəyimi desəm, bu, yaxşı olmaz. Çünki mən özüm də prezidentliyə namizədəm”. Bunu virtualaz.org-un əməkdaşının  “seçkilərdə siz və ailə üzvləriniz kimə səs verəcək” sualına cavab olaraq Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, indiyə qədər keçirilmiş sorğularda o, həmişə ikinci yer tutub: “Bu da o deməkdir ki, xalq mənə məhəbbət bəsləyir. Mən özüm isə İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki o, buna layiqdir”.

H.Hacıyev elə buna görə də üç övladından ikisinin İlham Əliyevə səs verəcəyini dedi: “Oğlum mənə deyir ki, İlham Əliyevə səs verəcəm. Mən ona heç nə deyə bilmərəm. Çünki Azərbaycan demokratik bir ölkədir və hər kəs öz namizədinə səs verir. Evimizdə özümdən başqa səsvermə hüququ olan 4 nəfər var. Böyük oğlum və qızım İlham Əliyevə səs verəcək. Digər oğlum və həyat yoldaşım isə mənə”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO