Xarici dillər üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

Hazırda oxunan: Xarici dillər üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

26441

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il iyunun 20-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 21-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri, cavab kartının və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər.

Namizəd və iddiaçılar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Qabiliyyət imtahanı üzrə qeydiyyat müddəti uzadıldı


İmtahanlarda 1249 namizəd və iddiaçı (999 nəfər doktoranturaya qəbul, 244 nəfər fəlsəfə doktoru, 6 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. Ümumilikdə 29 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 424 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

41 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş, 3 əcnəbi iddiaçı isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xatırladaq ki, bundan əlavə, DİM-ə xarici dil üzrə qüvvədə olan müvafiq beynəlxalq dil sertifikatını təqdim etmiş 20 nəfər namizəd xarici dil imtahanından azad olunub.

Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO