Öskürək, burun axması, əzələ ağrıları, yüksək hərarət. Bütün bu simptomlar qış fəslində zaman-zaman bizi əhatə edir.
Bizim.Media xəbər verir ki, Avropa ölkələrində qış virusları yenidən aktiv şəkildə yayılmağa başlayıb.
Cenevrə Universitetinin Qlobal Sağlamlıq İnstitutunun direktoru Antuan Flahaut “Euronews Health”ə açıqlamasında bildirib ki, qış viruslarının sağlamlığa, sosial və iqtisadi təsiri çox böyükdür: "Bu infeksiyaların daha ciddi formaları çox vaxt xəstəxanaların həddindən artıq yüklənməsinə təsir edir”.
Avropa Respirator Virus Nəzarəti Mərkəzinə (ERVISS) görə, tənəffüs yollarının xəstəlikləri ilə bağlı həkimlərə müraciət edənlərin sayı ilin bu vaxtı Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsində gözlənilən səviyyədə qalır. Eyni zamanda, bəzi ölkələrdə virus aktivliyində artım müşahidə olunur.
Mütəxəssislərin fikrincə, peyvəndləmə ən həssas əhalini ağır xəstəliklərdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qorumaq üçün ən təsirli yollardan biridir.
ECDC mütəxəssisləri, həmçinin, insanlara tənəffüs yollarında virus simptomları olduqda evdə qalaraq, insanlarla təması azaltmağı, əlləri tez-tez yumağı və otaqları mütəmadi olaraq, havalandırmağı tövsiyə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müəyyən hallarda açıq havada maska taxmağı tövsiyə edir. Bu, üsul həm sizi kənar xəstəliklərdən qoruyacaq, həm də xəstə olduğunuz halda, başqalarını yoluxdurmağa əngəl olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:45 / 27.01.2025
Qış VİRUSLARI - Onlardan qorunmanın yolları
Hazırda oxunan: Qış VİRUSLARI - Onlardan qorunmanın yolları
Hazırda oxunan: Qış VİRUSLARI - Onlardan qorunmanın yolları
232008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.