“Məhəmməd” surəsi niyə 47 ədədiylə nömrələndi? –  Qədr gecəsinin sirləri

“Məhəmməd” surəsi niyə 47 ədədiylə nömrələndi? – Qədr gecəsinin sirləri

Hazırda oxunan: “Məhəmməd” surəsi niyə 47 ədədiylə nömrələndi? – Qədr gecəsinin sirləri

227816
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.

Bu gün mübarək Ramazan ayının Qədr gecəsinin ehtimal edildiyixa0 əhyalardan biridir. Bildiyimiz kimi, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir.xa0

Yeri gəlmişkən, “Quran”ı elmi-lədunla tədqiq edərkən onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də birxa0 qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini.

Surənin nömrəsi (rəmzi) olan 47 ədədinin sirri elə Rəbbimin Öz adına olan "Rəhimli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır.

Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur:xa0
"Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"

Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq, “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik:

78 -xa0 31 = 47
xa0
Bu fakt, Yaradanla, Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də “Quran”ın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində və iradəsi ilə baş tutduğunuxa0 sübut edir. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur.xa0

Yeri gəlmişkən, “Məhəmməd” surəsindəki hikmətixa0 sübut edən bu düstur özü də insan beyninnin məhsulu deyildir. Belə ki, bu düsturu Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaqxa0 gələcək, bu düsturu ona ver, insanlara çatdırsın” - deyə,xa0 tapşırmışdır.
xa0Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər “Quran”a və Allahın qüdrətinə şübhə edənlərdir.xa0

“Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, 78:29

Paşa Yaqub,
Psixoloq, elmi-lədun bilicisi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO