Şənbə gününün hava PROQNOZU

Hazırda oxunan: Şənbə gününün hava PROQNOZU

18805

Milli Hidrometeorologiya Xidmətinin Bizim.Media-ya verdiyi məlumata görə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-20, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Aprelin 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO