Bakıda minik avtomobili piyadanı vurub

Hazırda oxunan: Bakıda minik avtomobili piyadanı vurub

183240

Bakıda minik avtomobili yolu keçən piyadanı vurub.

Bizim.Media xəbər verir ki, hadisə 8 noyabr prospektində qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, 18.03.2024-cü il tarixində saat 20:00 radələrində 1956-cı il təvəllüdlü şəxs (qadın cinsli) yol-nəqliyyat hadisəsi səbəbilə Sabunçu Tibb Mərkəzinə təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

Sol topuq oynağının açıq sınığı, sol qolun küt travması, sol baldırın kəsilmiş yarası diaqnozu qoyulan pasiyent dərhal əməliyyat olunub.
Vəziyyəti orta ağır qiymətləndirilən xəstə yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO