Gəncədə Novruz şənliyi KEÇİRİLİB - FOTO

Hazırda oxunan: Gəncədə Novruz şənliyi KEÇİRİLİB - FOTO

183239

Bu gün baharın gəlişini tərənnüm edən, birlik, bərabərlik və qardaşlıq bayramı olan Novruz Nizami yurdunda, Gəncədə də təntənə ilə qeyd olundu.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə Gəncənin Heydər Əliyev adına meydanında ümumşəhər tədbiri baş tutub.  

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, tanınmış tele aparıcısı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran, hüquq-mühafizə orqanlarının, eyni zamanda idarə, müəssisə və təşkilatların rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə qonaqları elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Daha sonra tədbir iştirakçıları “Gəncəsənət” - incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisinə, həmçinin Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri və Gənclər Evinin təşkilatçılığı ilə istedadlı gənclərin hazırladığı təsviri incəsənət əsərlərindən ibarət sərgiyə, baxış keçiriblər.

Ümumşəhər tədbirində Gəncə pəhləvanlarının, həmçinin idmançıların güləş, takevando, bədii gimnastika və şahmat üzrə nümunəvi çıxışları maraqla izlənilib.

Müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı iştirakçıları salamlayaraq, onlara xeyir-dua verib, xoş arzularını bildiriblər.  Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklalarının, həmçinin Novruzun əvəzolunmaz atributları olan Keçəl və Kosanın maraqlı çıxışları izlənilib, yumurta döyüşdürülüb.

Daha sonra meydanın mərkəzində qurulan Novruz tonqalı yandırılıb.

Tədbir Novruz Bayramına həsr olunan musiqili proqramla davam etdirilib.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO