Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılacaq

Hazırda oxunan: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılacaq

183233

“NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq. Bu çərçivə sənədi qarşılıqlı fəaliyyət məsələlərinə köklənəcək və burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir”. 

Bizim.Media xəbər verir ki, bunu ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də AZƏRTAC-a müsahibəsində bildirib.

Stoltenberq bildirib ki, Alyans həmçinin hərbi təhsil məsələlərinə də önəm verir:

“Bu da tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirəcək. Biz, eyni zamanda, əməkdaşlığımızı gələcəkdə inkişaf etdirə biləcəyimiz digər sahələri də nəzərdən keçiririk. 

Bütün bunlar Azərbaycan və NATO qüvvələrini bir-birinə daha da yaxınlaşdıracaq və düşünürəm bu, hər iki tərəf üçün faydalı olacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO