Astarada arvadını öldürən şəxs barəsində hökmdən apellyasiya şikayəti VERİLİB

Hazırda oxunan: Astarada arvadını öldürən şəxs barəsində hökmdən apellyasiya şikayəti VERİLİB

183222

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin ilkin hazırlıq iclası martın 19-na təyin edilib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, ittiham aktına əsasən, Fərmayil Əliyevin həyat yoldaşı ilə 18 mart 2023-cü il tarixində saat 15:00 radələrində Astara rayonu, Şiyəkəran kəndində yaşadıqları mənzildə aralarında mübahisə yaranıb. O, həyat yoldaşı Əfsanə Ramazanovanın hicab taxması və şalvar geyinməməsi barədə onun tələblərinə məhəl qoymamasından hiddətlənib.
Fərmayil Əliyev evin kişisi kimi bunu özünə sığışdırmayaraq, 28 yaşlı Əfsanə Ramazanovanı və qayınanası, 53 yaşlı Sevda Ramazanovanı öldürmək qərarına gəlib. O, bu məqsədlə Əfsanə Ramazanova evin mətbəxində təklikdə olduğu zaman bıçaqla oraya daxil olub, qapını içəridən bağlayıb. Daha sonra təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq, onu xüsusi amansızlıqla öldürüb. 

Bundan sonra pəncərədən mətbəxə daxil olmaq istəyən qayınanasına da bıçaqla bir zərbə endirərək qadına xəsarət yetirib. Zərərçəkmiş şəxsin qışqıraraq qonşuları köməyə çağırmasından sonra Fərmayil cinayəti başa çatdıra bilməyəcəyini dərk edib və qonşular tərəfindən yaxalanacağından ehtiyatlanaraq hadisə yerindən qaçıb.

Sabutay Nağıyev, Cənub bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO