Göyçayda kənd yolu əsaslı təmir olunub - FOTO

Hazırda oxunan: Göyçayda kənd yolu əsaslı təmir olunub - FOTO

183208

Göyçayın Cırqurd kəndinin mərkəzi yolları əsaslı təmir olunub.

Bizim.Media-nın aran bürosu xəbər verir ki, rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində kənd yollarında əsaslı təmir işləri görülüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinlərinin rahat gediş-gəlişini təmin etmək məqsədilə uzunluğu 1 km olan Göyçay rayonunun Cırqurd kəndinin mərkəzi yolu əsaslı təmir olunub.

Belə ki, uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmayan yol yararsız vəziyyətə düşüb. Yolun bu vəziyyətdə olması həm avtonəqliyyat vasitələrinin, həm də piyadaların gediş-gəlişində xüsusən payız-qış aylarında müəyyən çətinliklər yaradırdı. 

Artıq bu problem köklü şəkildə həllini tapıb. Kəndin mərkəzi yoluna yeni asfalt örtüyünün vurulmasına görə kənd sakinləri ölkə Prezidentinə  təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Göyçay rayonunun Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri işləri aparılır.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO