Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması qaydalarında DƏYİŞİKLİK EDİLİB

Hazırda oxunan: Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması qaydalarında DƏYİŞİKLİK EDİLİB

183204

Nazirlər Kabinetində 21 avqust 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki,müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ölkəyə idxal edilən radioelekton vasitələr barədə Dövlət Gömrük Komitəsinin (DGK) informasiya sistemlərindən aşağıdakı məlumatları real vaxt rejimində əldə edə biləcək:

- məhsulun bəyan edilmə tarixi;

- məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;

- məhsul partiyasının qeydiyyat kodu;

- məhsulun təsviri;

- məhsulu idxal edən şəxs barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO