Nicat Lənkəranskiyə hökm oxundu

Hazırda oxunan: Nicat Lənkəranskiyə hökm oxundu

183203

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Nicat Əkbərovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra hökm elan olunub. Hökmə əsasən, Nicat Əkbərov 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicat Əkbərov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO