Azərbaycanda DƏHŞƏT – Təcavüzə məruz qalan əqli qüsurlu qadın HAMİLƏ qalıb

Hazırda oxunan: Azərbaycanda DƏHŞƏT – Təcavüzə məruz qalan əqli qüsurlu qadın HAMİLƏ qalıb

183152

Azərbaycanda zorlanaraq hamilə qalan əqli qüsurlu qadın köməksiz vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, bununla bağlı rayonların birindən ona müraciət olunub. Birlik sədri həmin qadının yenidən təcavüzə məruz qalmasından narahat olduğunu bildirib:

“Rayonların birində (adı yazmıram, maraqlanan dövlət qurumlarına məlumatı verə bilərəm) əqli zəif qadın zorlandıqdan sonra hamilə qalır və dünyaya uşaq gətirir. Şərti adı Aytac olan qız doğulduqda anası həyatını itirir. Atası isə içki aludəçisi olduğu üçün bir müddət sonra o da rəhmətə gedir. Aytaca sahib çıxan olmur.
Qonşuların köməkliyi ilə müəyyən müddət həyata tutuna bilir. Kənddə onun cinsi zorakılığa məruz qalması barədə məlumatlar dildən-dilə gəzməyə başlayır. Bu hadisə baş verdikdən sonra Aytacın əmisi oğlunun özünü yandıraraq öldürdüyü xəbəri yayılır. Aytac hamilə qalır və yenə qonşuların dəstəyi ilə övladı ilə birgə həyatını davam etdirir. Qonşu kəndin yaşlı sakini ona mərhəmət göstərərək, onunla evlənib.

Hazırda həmin şəxs vəfat edib. Vəfat etdikdən sonra Aytacı evdən qovublar. Zəng vuranın narahatlığı odur ki, qadın yenə cinsi təcüvüzə məruz qalıb dünyaya uşaq gətirə bilər. Yeri gəlmişkən, birinci təcüvüzdən dünyaya gələn uşaq ananın yanındadır. Hazırda qadının köməyə ehtiyacı var”.

Mehriban Zeynalova belə halların tez-tez təkrarlandığını vurğulayaraq  müvafiq qurumlara müraciət ünvanlayıb:

“Dövlət qurumlarından məlumatı nəzarətə götürmələrini xahiş edirik. Aytacın yaşadığı rayon, kənd onu tanıyan şəxlər haqqında dövlət qurumlarına məlumat verəcəyik. Əqli zəif qız və qadınların cinsi təcüvüzdən qorunması ciddi məsələdir.
Əlaxüsus da, rayonalarda bu məsələ daha çox aktualdır. Artıq neçənci haldır ki, məhz əqli zəifliyinə görə azyaşlı və ya yuxarı yaş həddində olan qadınlara qarşı belə təcavüz hallarının baş verməsi qeydə alınır. Düşünürəm ki, yerli icra hakimiyyətləri, Sosial Xidmətlər Agentliyi bu kateqoriyadan olan qız və qadınları qeydiyyata götürüb onların müxtəlif zorakılıqdan qorunmasını təmin etmək üçün bir informasiya bankı yaratsın”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO