Binəqədidə baş vermiş partlayışda ölənlərin sayı 10-a ÇATDI

Binəqədidə baş vermiş partlayışda ölənlərin sayı 10-a ÇATDI

Hazırda oxunan: Binəqədidə baş vermiş partlayışda ölənlərin sayı 10-a ÇATDI

174336

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Təəssüflə bildiririk ki, bu gün saat 14 radələrində yaralılardan 1 nəfər - Rüstəmov Adil Aydın oğlu (1996) göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölmüş, bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatmışdır. 

Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO