Dünyanın ən təhlükəli pendiri kimi tanınan ”Casu Marzu”-nun satışı qadağan edilib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qoyun südündən hazırlanan bu pendirin satışı ilə məşğul olan şəxsləri 60 min dollar cəza gözləyir.
Dünyanın ən təhlükəli pendiri seçilib
“Casu Marzu” İtalyanın Sardinya adasında min illərdir ki istehlak olunur. Lakin “Casu Marzu” min illərdir istehlak edilsə də, 2009-cu ildən dünyanın ən təhlükəli pendiri kimi Ginnesin Rekordlar Kitabına düşüb. Çürük pendir mənasını verən “Casu Marzu” qoyun südünün çürüyənə qədər mayalandırılması ilə əldə edilir.
Mayalandırılmış pendirin üst təbəqəsi kəsilir və milçək sürfələrinin formalaşması üçün hazırlanır. Zaman keçdikcə pendirdə yetişən sürfələr milçəklərin nəcisini və yağlarını parçalayır. Nəticədə pendir yumşaq teksturaya malik olur.
Pendiri içərisindəki qurdlarla birgə yeyənlər də var...
“Casu Marzu” pendirini yeyən hər kəs onun dadını sevir. İçindəki qurdlarla bərabər yemək istəməyənlər, qurdları təmizləyib istehlak etməyə üstünlük verirlər. Eyni zamanda, pendirin afrodizyak təsirinin olduğuna da inanılır.
Qeyd edək ki, hazırlanma prosesində gigiyena qaydalarına əməl edilmədiyi üçün 1962-ci ildə İtaliya hökuməti və Avropa Birliyi tərəfindən bu pendirin satışı qadağan edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:12 / 19.10.2023
Dünyanın ən təhlükəli PENDİRİ – Onun satışı niyə QADAĞANDIR? – FOTO
Hazırda oxunan: Dünyanın ən təhlükəli PENDİRİ – Onun satışı niyə QADAĞANDIR? – FOTO
Hazırda oxunan: Dünyanın ən təhlükəli PENDİRİ – Onun satışı niyə QADAĞANDIR? – FOTO
160604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.