Kibertəhlükəsizliklə bağlı yeni strategiya hansı imkanları yaradacaq? – Deputatlardan AÇIQLAMA

Kibertəhlükəsizliklə bağlı yeni strategiya hansı imkanları yaradacaq? – Deputatlardan AÇIQLAMA

Hazırda oxunan: Kibertəhlükəsizliklə bağlı yeni strategiya hansı imkanları yaradacaq? – Deputatlardan AÇIQLAMA

152811

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nı təsdiq edib. 

Strategiya ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi kimi vəzifələri özündə ehtiva edir.
 

MÖVZU İLƏ BAĞLI:

Kibertəhlükəsizliyin təmin olunmasında YENİ STRATEGİYA və ƏHƏMİYYƏTİ – TƏHLİL 


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasiyasının (AKTA) kibertəhlükəsizlik sahəsində fəaliyyətinə yeni imkanlar yaradacaq Yol Xəritəsi mahiyyəti daşıyan sənəddə əsas müddəalardan biri Azərbaycandan ölkə xaricinə "beyin axını”nın qarşısını almaqdan ibarətdir. 

Bundan başqa, strategiyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində milli kadr ehtiyatının tükənməzliyi və mühafizəsi də öz əksini tapıb.

Bu strategiya ölkəmizin kiber təhlükəsizliyinin qorunması istiqamətində hansı imkanlar yaradacaq?

“Kibercinayətkarlığa qarşı mübarizədə daha səmərəli addımlar atılacaq”

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, hər bir dövlətin qlobal informasiya platformasında özünün milli sərhədləri olmalı və o qorunmalıdır:

“Dövlətlərin milli təhlükəsizliyinin əsas komponentlərdən birini kibertəhlükəsizlik təşkil edir. Çünki cəmiyyət və dövlət institutlarının fəaliyyətlərinin bir hissəsi məhz informasiya və müxtəlif internet resursları üzərində açıq şəkildə fəaliyyət göstərir. Belə olan halda qlobal informasiya formatında sərhəd olmadığına görə milli maraqlar zaman-zaman informasiya hücumuna məruz qalmaqla informasiya təhdidi altında olur. Bu açıq şəkildə olmasa da, manipulyativ şəkildə, subliminal mesaj formasında və digər vasitələrlə həyata keçirilir. 

Ona görə də hər bir dövlətin qlobal informasiya platformasında özünün milli sərhədləri olmalı və o qorunmalıdır. Azərbaycan Prezidentinin bu mənada təsdiq etdiyi qanunda da məhz həmin məqamlar nəzərdə tutulur. Sərəncamdan irəli gələrək, dolayısı ilə milli təhlükəsizliyimizin əsas komponentlərindən biri olan kibertəhlükəsizliyin təmin olunması, kibercinayətkarlığa qarşı mübarizə və ölkənin hərbi və mülki kibertəhlükəsizliyinin qorunmasında daha səmərəli addımların atılması üçün müvafiq dövlət qurumları və məsul institutların üzərinə daha çox məsuliyyət düşəcək”.  

“Kompleks fəaliyyətlərin həyata keçirilməsi Azərbaycanda kibertəhlükəsizlik sisteminin formalaşmasını da şərtləndirəcək”

Deputat Elşad Mirbəşiroğlu da düşünür ki, ölkənin informasiya məkanının neqativ kontentlərdən qorunması, informasiya təhdidlərinin aradan qaldırılması, strateji əhəmiyyətli infrastrukturlara kiberhücumların qarşısının alınması baxımından yeni strategiyanın böyük əhəmiyyəti olacaq:

“Müasir informasiya dövründə kibertəhlükəsizlik milli təhlükəsizliyin mühüm istiqamətini təşkil edir. Ayrı-ayrı dövlətlərin cəmiyyətlərinə, strateji əhəmiyyət daşıyan infrastrukturlarına informasiya vasitəsilə kifayət qədər neqativ təsir etmək imkanları mövcuddur. Ona görə də məlumatların qorunması, kənar müdaxilələrdən mühafizə sisteminin gücləndirilməsi, neqativ informasiya hücumlarının qarşısının alınması və onun üçün təhlükəsizlik sisteminin  qurulması vacib məsələdir. 

Bu mənada ölkə Prezidentinin təsdiqlədiyi 2023-2027-ci iləri əhatə edən Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiya həmin istiqamətdə təsirli addımlarn atılmasını özündə ehtiva edəcək. Sözügedən strategiya özündə kompleks fəaliyyətləri ifadə etməkdədir. Bu kompleks fəaliyyətlərin həyata keçməsi Azərbaycanda kibertəhlükəsizlik sisteminin formalaşmasını da şərtləndirəcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO