Leysan olub, güclü külək əsib - FAKTİKİ HAVA 

Leysan olub, güclü külək əsib - FAKTİKİ HAVA 

Hazırda oxunan: Leysan olub, güclü külək əsib - FAKTİKİ HAVA 

147852

Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub. 

Bu barədə Bizim.Media-ya Xidmətdən xəbər verilib. 

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Şəmkirdə 13 mm, Ağstafada 9 mm, Gədəbəy, Balakən,Tovuz, Şahdağ, Zaqatala, Şəki, Qusar, Şahbuz, Daşkəsən, Gəncə, Ceyrançöl, Oğuz, Mingəçevir, Yevlax, Cəfərxan, Qəbələ, Biləsuvar, Naftalanda 8 mm-dək, gecə saatlarında isə Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb. 
Şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Tərtər, Neftçala, Gəncədə 20 m/s, Ağdamda 18 m/s, Mingəçevirdə 17 m/s, Şəmkir, Bərdədə 16 m/s, dək, Bakıda və Abşeron yarımadasında 28-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO