Naxçıvanda onlara vaksin vuruldu - FOTO

Naxçıvanda onlara vaksin vuruldu - FOTO

Hazırda oxunan: Naxçıvanda onlara vaksin vuruldu - FOTO

14649

Muxtar respublikada COVID-19 xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir.

Bizim.Media xəbər verir ki, növbəti dəfə Şahbuz şəhərində yerləşən ahıllar evinin sakinləri və xidmət heyəti vaksinasiya olunub.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində də ardıcıl tədbirlər həyata keçirilir.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir.

Xüsusi işçi qrupu tərəfindən həyata keçirilən peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan şəxslərə vurulur.

Şahbuz şəhərində yerləşən Ahıllar Evinin 5 sakini və 32 xidmət heyəti də vaksinasiyaya cəlb edilib.

Qeyd edək ki, 28 gündən sonra Ahıllar Evində yeni növ koronovirus infeksiyasına qarşı ikinci doza peyvəndləmə aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO