BeləkiS. Vurğun adına Sumqayıt Mərkəzi Kitabxanası şəhər Mədəniyyət Evinin qarşısındakı parkda sərgi təşkil edib. "Yaya kitabla”x9d devizi altında keçirilən sərgidə Azərbaycan və xarici ölkə yazarlarının bədii əsərləri və dövri mətbuat nümunələri oxuculara təqdim olunub.
S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin tərəfindən təşkil edilən "Kitabxana ilə istirahət" (Açıq səmada oxu zalı) adlı tədbirdə "Oxu skamyası" adı altında sərgi, nağıl qəhrəmanlarının personajları ilə bəzədilən plakatlar və ağaclardan asılan kitablar şəhərin az yaşlı sakinləri tərəfindən maraqla qarşılanıb.
Tədbirdə hər yaş üçün nəzərdə tutulmuş nağıl, hekayə kitabların ucadan oxusu keçirilib.
Bundan əlavə, uşaq şöbəsi az yaşlı oxucuları kitabxanaya cəlb etmək məqsədilə uşaq bağçalarında da eyni səpkili tədbirlər keçirib. "Yay+kitab= Mən" adlı əyləncəli tədbirlər yay mövsümü müddətində davam edəcək.


















































































































