Bu gün Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident mərhum Əbülfəz Elçibəyin prezident seçildiyi gündür.xa0
Xatırladaq ki, 7 iyun 1992-ci ildə Əbülfəz Elçibəy seçkilərdə qalib gələrək Müstəqil Azərbaycanın ikinci prezidenti olmuşdu.
Moderator.az bu günlə bağlı Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin qısa da olsa həmin günlə bağlı xatirələrini öyrənib.xa0
Almurad Əliyev bildirib ki, tez-tez Əbülfəz Elçibəyin məzarını ziyarət edir:xa0
“Elçibəy prezident seçilən gün mən Bakıda yox idim, rayondaydım. Onda da yollar bağlıydı və Bakıya gəlmək elə də asan deyildi. Mən burda olmamış prezident oldu. Həmin gündən hardasa 15 gün sonra Bakıya gəldim, görüşdük. Elçibəy o vaxt istəmirdi ki, prezident olsun. Ancaq yoldaşların istəyi və təkidi ilə getdi seçkilərə. Məkanı cənnət olsun. Həmişə məzarını ziyarət edirəm, elə olur ki, hər cümə axşamı gedirəm. xa0Hərdən səhhətimlə bağlı gedə bilmirəm”x9d.
Rumiyyəxa0







































































































