Bakıda canavarların peyda olmasına SƏBƏB NƏDİR? – VİDEO 

Bakıda canavarların peyda olmasına SƏBƏB NƏDİR? – VİDEO 

Hazırda oxunan: Bakıda canavarların peyda olmasına SƏBƏB NƏDİR? – VİDEO 

129030

Bakıda canavarlar peyda olub. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda deyilir ki, yırtıcı heyvanlar sonuncu dəfə Mehdiabad qəsəbəsində köhnə tikilinin həyətyanı sahəsində görünüb.

Oynamaq üçün hasara çıxan məktəblilər qəfil qapalı olan köhnə bir tikilinin həyətində canavarların sərbəst şəkildə gəzişdiyini görüblər. 

İri yaşayış massivlərində canavarların görünməsi qeyri-adi hadisədir. Çünki, bu heyvanlar, adətən insanların kütləvi yaşadığı ərazilərdən uzaq gəzirlər.

Məsələ ilə bağlı AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərovla əlaqə saxladıq. 

Alim Bizim.Media-ya açıqlamasında bildirib ki, canavarlar yırtıcı məməlilərdən biridir:
 

MÖVZU İLƏ BAĞLI:

Canavar hücum etdiyi kənddən REPORTAJ – Ac qurd üç nəfərə xəsarət yetirib


“Onlar çöllüklərdə, otlaq ərazilərdə, qoyun yataqlarının olduğu ərazilərdə yaşayırlar. Adətən canavarlar yem üçün ərazidəki qoyun sürülərinə hücum edirlər.

Hətta qoyun sürüləri başqa ərazilərə köç edərkən canavarlar da miqrasiya edir. Ətrafında otlaq və qoyun ferması çox olan ərazilərdə canavarların görünməsi təəccüblü deyil”. 

Təvəkkül İskəndərov onu da qeyd etdi ki, canavarların iri yaşayış massivlərinə gəlməsi sadəcə yem tapmamaları ilə bağlıdır:

“Mehdiabad kimi yerdə canavarların görünməsi bir qədər təəccüblü olsa da, qorxulu deyil. Ola bilsin ki, kənddə qoyun saxlanılan həyətlər var. Canavarlar da ona görə bura gəlib. Canavarlar o qədər də qorxulu heyvan deyil. Onlara reaksiya verilməsə, incidilməsələr, insanlara toxunmurlar”.
 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO