
- A-
- A
- A+
Cəmiyyət
13:37 / 16.03.2016
2 dəq oxunma
"Seyran Ohanyan “iki ağanın tək nökəri”x9d olmaq istəyir" -Azərbaycanlı general
Hazırda oxunan: "Seyran Ohanyan “iki ağanın tək nökəri”x9d olmaq istəyir" -Azərbaycanlı general
127031
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistanın həm Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aktiv üzvü olması, həm də NATO ilə yaxınlığı, ifadəmə görə üzr istəyirəm, siyasi fahişəlikdən başqa bir şey deyildir.
Moderator.az xəbər verir ki, bu fikri keçən həftə Brüssel şəhərində NATO-nun mənzil-qərargahında “28+1”x9d formatında Şimali Atlantika Alyansı ilə Ermənistan arasında keçirilən toplantıda Seyran Ohanyanın görüşlərini şərh edən keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
“Seyran Ohanyan kimdir? Onu, yəqin ki, NATO-da da yaxşı tanıyırlar. Əgər bilmirlərsə, qısa xatırlatma yerinə düşür. Qarabağ savaşında milliyyətindən asılı olmayaraq, dinc əhaliyə qarşı qəddarlığı, amansızlığı, qaniçənliyi ilə şöhrət tapmış quldur dəstəsinin başçısı.
Terror yolu ilə Ermənistanda hakimiyyəti ələ keçirmiş və kriminal strukturların dəstəyi ilə “dövləti”x9d idarə edən şəxslərdən biridir. Məhz bu səbəbdən o, bütün yollardan - yalan, iftira, şantajdan, hətta əxlaqsızlıqdan belə çəkinmir ki, ələ keçirdiyi hakimiyyəti zorla da olsa qoruyub saxlasın.
Odur ki, Seyran Ohanyanın, eyni zamanda KTMT və NATO-nun “qucağına”x9d atılması da onun kimi ünsürlər üçün adi bir haldır. Amma, necə deyərlər, onun “eyni zamanda iki ağanın tək nökəri”x9d olması cəhdləri də heç bir fayda verməyəcəkdir.
Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi, xalqımız və dövlətimizin iradəsi, ən əsası isə Silahlı Qüvvələrimizin qüdrəti və gücündədir”x9d, - deyə general-leytenant Y.Aydəmirov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən





























































































