Mehriban Əliyeva uşaq bağçasında   - FOTOLAR

Mehriban Əliyeva uşaq bağçasında - FOTOLAR

Hazırda oxunan: Mehriban Əliyeva uşaq bağçasında - FOTOLAR

107701

Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 340 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.  

Moderator.az  xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin rəmzi açılışını bildirən lenti kəsib.

Mehriban Əliyevaya məlumat verilib ki, 10 qrupdan ibarət bağçada 200 uşağa qayğı göstəriləcək. Burada uşaqların sağlam, bilikli, vətənpərvər övladlar kimi böyümələri üçün lazımi şərait yaradılıb. Bağçanın həyətində ağaclar əkilib, yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb.

Burada bütün işlər Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına əsasən görülüb. İkimərtəbəli körpələr evi-uşaq bağçası azyaşlı sakinlərin zövqünə uyğun qurulub. Burada uşaqların rahatlığının, istirahətinin və ilkin biliklərə yiyələnməsinin təmin edilməsi, onların bacarıq və istedadlarının aşkarlanması üçün hərtərəfli şərait yaradılıb. Hovuz, musiqi otağı, idman zalları da uşaqların ixtiyarında olacaq.

Mehriban Əliyeva uşaq bağçasında -  Fotolar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO