ADNSU-da təlim konfransı keçirildi

ADNSU-da təlim konfransı keçirildi

Hazırda oxunan: ADNSU-da təlim konfransı keçirildi

103467
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı”x9d mövzusunda növbəti təlim konfransı keçirildi. Azərbaycanın ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, jurnalistlər bir araya gələrək mətbuatın problemləri ətrafında maraqlı disskusiyalar apardılar. 

Təhsil Nazirliyinin və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilən təlim konfransında ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin QHT və KİV-lə işsektorunun müdiri, eləcə də media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak ediblər. Rektor Mustafa Babanlı rəhbəri olduğu universitetin problemləri, qarşıdakı perspektivləri və onun həllinə yönəlik atılacaq addımlardan söz açıb. Rektor bildirib ki, təhsil cəmiyyətin güzgüsüdür və təhsil işçiləri mediaya açıq olmalıdır: “Media nümayəndələri istənilən vaxt bizimlə əlaqə saxlayıb, istədikləri məlumatı universitetdən ala bilərlər”x9d. 
“525-ci qəzet”x9din baş redaktoru Rəşad Məcid çıxışında deyib ki, Təhsil Nazirliyi və ali məktəblərin mətbuat xidmətləri hazırkı durumda mümkün qədər yaxşı çalışır. 
“İki sahil”x9d qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çağdaş dövrdə mətbuatla əməkdaşlıq etməyin çox vacib olduğunu qeyd edib: “Bu gün təhsil sahəsində kifayət qədər uğurlu layihələr həyata keçirilir. Son illər universitetlərin mətbuat xidmətlərinin fəaliyyətində çox ciddi şəkildə fəallıq nümayiş olunur”x9d. 
Təhsil eksperti Şahlar Əsgərov çıxışında təhsil sahəsində medianın rolu haqda danışıb: “Bu sayca 4-cü konfransdır. Mən bu baxımdan Təhsil Nazirliyinin media ilə işləmək strategiyasını çox bəyənirəm”x9d. “Təhsil”x9d TV və “APA-Holding”x9din informasiya dəstəyi ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması, səmərəli qarşılıqlı əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO