İranın Ermənistandakı səfirliyindən Gorus-Qafan yolu ilə bağlı yeni AÇIQLAMA

Hazırda oxunan: İranın Ermənistandakı səfirliyindən Gorus-Qafan yolu ilə bağlı yeni AÇIQLAMA

38782

İranın Ermənistandakı səfirliyinin "Armenpress"in sorğusuna cavabında deyilir ki, Gorus-Qafan avtomobil yolu boyunca hərəkət alternativ marşrut qurulana qədər davam etdirilməlidir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı yayıb.

İran səfirliyi bildirib ki, Ermənistan rəsmilərinin izahları Tatevdən keçən dövlətlərarası yolun alternativ qolunun sürətli inkişafına böyük ümidlər yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Gorus-Qafan yolu ilə Ermənistana girdi – Erməni politolqodan son MƏLUMAT – VİDEO


"İran ümid edir ki, yaxın gələcəkdə təhlükəsiz infrastruktura malik bir yolun açılışını görəcəyik. Eyni zamanda, İran tərəfi alternativ yolun istismarı başlamazdan əvvəl mövcud marşrutun hər zamanki kimi fəaliyyət göstərəcəyini gözləyir", - bəyanatda deyilir. 

Son aylarda səfirlik Ermənistan Respublikasının müvafiq orqanları ilə məsləhətləşərək Gorus-Qafan yolunun xüsusi vəziyyətini, istismar perspektivlərini, sərnişin və malların tranziti ilə bağlı müxtəlif aspektləri qiymətləndirməyə çalışıb.

Xatırladaq ki, İran hakimiyyəti mövzu ilə bağlı Azərbaycan rəsmiləri ilə də əlaqə saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO