İstanbuldakı avtobus qəzasında xəsarət alan azərbaycanlı VƏFAT ETDİ 

Hazırda oxunan: İstanbuldakı avtobus qəzasında xəsarət alan azərbaycanlı VƏFAT ETDİ 

118347

İstanbulun Baxçalıevlər rayonunda avtobus dayanacağa çırpılması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşı xəstəxanada vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İHA yayıb.

Məlumata görə, qəzada həlak olanların sayı 2-yə çatıb. Xəsarət alan 4 nəfərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün Baxçalıevlər meydanındakı dayanacaqda baş verib. D-100 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus idarəetmədən çıxaraq ticarət mərkəzinin yaxınlığındakı dayanacaq qarşısında mikroavtobusa çırpılıb.
Nəticədə 1 nəfər yerindəcə ölüb, 5 nəfər yaralanıb. Yaralılardan həmyerlimiz Əhməd Rzayev isə bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO