Azərbaycan bu il taxıl istehsalında rekordu təzələyəcək - RƏSMİ

Hazırda oxunan: Azərbaycan bu il taxıl istehsalında rekordu təzələyəcək - RƏSMİ

81972

“Ötən ilki göstəricini təkrarlaya bilərik”.

Bunu Bizim.Media-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov ölkədə taxıl biçini sahəsində vəziyyətin necə olduğu barədə danışarkən deyib:

“Taxıl sahələrinin 59 faizində biçin başa çatıb. Arpa sahəsinin isə 75 faizində prosesi başa çatdırmışıq. 570 min hektar sahədə biçin yekunlaşıb. Orta məhsuldarlıq 30 sentnerdir. Biçin tam başa çatandan sonra orta məhsuldarlığın daha yüksək olacağını gözləyirik”. 
 

MÖVZU İLƏ BAĞLI:

Dünya taxıl qıtlığının astanasında – Azərbaycanı nə xilas edəcək?


Nazirlik əməkdaşı vurğuladı ki, ölkə üzrə biçin tam olaraq avqustun 15-də başa çatacaq: 

“Bu il biçinə bir qədər gec başlanılıb. Ümumiyyətlə, biçinin başa çatması üçün əkin sahələrinin 80-85 faizində işlər yekunlaşmalıdır. İyul ayının 20-dək yəqin ki, biçin prosesini 80-85 faiz nisbətində yekunlaşdıracağıq. Yüksək dağlıq ərazilərdə isə taxıl gec yetişir. Ölkə üzrə biçin tam olaraq avqustun ortalarında başa çatır”. 

Həmsöhbətimizin sözlərinə görə, taxıl istehsalı sahəsində keçən il əldə edilən nəticə bu dəfə də təkrarlanacaq: 

“Nə qədər məhsul alınacağı barədə proqnoz vermirik. Axırıncı üç ildə son 100 ilin ən yüksək məhsuldarlığı qeydə alınıb. Bu il üçün gözləntilərimiz ən azından ötən ilki nəticəni təkrarlamaqdan ibarətdir. 

Təbii ki, prosesə quraqlıq, iqlim dəyişikliyi, atmosfer yağıntıları azalması, yağıntının lazım olan dövrdə düşməməsi müəyyən təsir göstərir. Buna rəğmən, ötən ilki göstəriciyə yaxın göstəricinin əldə ediləcəyini gözləyirik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO