Millimizdə şok itki – Mahir Emreli zədələndi

Hazırda oxunan: Millimizdə şok itki – Mahir Emreli zədələndi

126379

Milli komandamızın heyətində ciddi itki baş verib. 

Bizim.Media xəbər verir ki, "Konyaspor"un üzvü Mahir Emreli zədələndiyi üçün heyətdən çıxarılıb. O, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçiriləcək Avstriya və İsveçlə oyunlarda iştirak edə bilməyəcək.

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq.

Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO