Ramazan bayramı günü şəhid olan CAVAD XAN və OĞLU - QƏHRƏMANLIQ SALNAMƏSİ - FOTO

Hazırda oxunan: Ramazan bayramı günü şəhid olan CAVAD XAN və OĞLU - QƏHRƏMANLIQ SALNAMƏSİ - FOTO

72468

“Cavad Xan 1804-cü il ruslar Gəncəni işğal edərkən qəhrəmancasına həlak olub. Qala divarları uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu Xan da şəhid olub. Bu həmin dövrdə məhz Ramazan bayramına təsadüf edib. Ona görə də mən və ailəmiz hər il Ramazan bayramında bu tarixi şəxsiyyəti, Gəncənin qəhrəmanlıq simvolu hesab olunan Cavad Xanı hörmətlə anır və yad edirik”. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov deyib.

Onun sözlərinə görə Böyük tarixi yol keçən və Gəncənin tarixində əhəmiyyətli rol oynayan Ziyadoğlular sülaləsinin ən parlaq nümayəndəsi rus işğalına sonadək müqavimət göstərən Cavad Xan Ziyadoğludur.

M.Həsənov hər dəfə bu qəhrəman sərkərdənin məzarını ziyarət edəndə həmin dövrün tarixin yaddaşına yazılan hadisələrini maraqla və böyük sevgi ilə övladlarına, yaxınlarına danışır.

O bildirib ki, Cavad Xan kimi dahi sərkərdə həmişə, hər gün, daima anılmalı və xatırlanmalıdır:

“Bu gün hər bir azərbaycanlı, şəhərimizin qonaqları Gəncənin müstəqillik və mübarizlik simvolu olan Cavad Xanın döyüş səlnaməsini bilməlidirlər. Hələ o dövrlərdə rus çar rejiminə baş əyməyib, xalqın dəstəyi ilə sona qədər rus ordusu ilə döyüşüb və qeyri bərabər savaşda oğlu ilə birlikdə şəhid olub.

Yalnız bundan sonra ruslar şəhəri işğal edə bilib. Mən öz növbəmdə böyük bir mənəvi borc hesab edirəm ki, gələcək nəsillərə bu tarixin bütün incəliklərini çatdıra bilim. Hesab edirəm ki, bu hər bir gəncəlinin borcudur” - deyə M.Həsənov əlavə edib.
M.Həsənov vurğulayıb ki, təkcə Cavad Xanın doğum və şəhadət günüdə deyil, bütün özəl günlərdə, bayramlarda Azərbaycan tarixinə qızıl hərflərlə qəhrəmanlıq simvolu kimi yazılan sərkərdəni yad etmək, gələcəyimiz olan övladlarımıza onun haqqında ətrafli məlumat verməliyik.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO