Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO
Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı təşkil olunub.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Zəfər meydanında keçirilən tədbir sakinlərlə yanaşı turistlərin də böyük marağına səbəb olub.
Konsert proqramında tanınmış müğənnilər çıxış edərək müxtəlif musiqi nömrələri təqdim ediblər. Tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.
Gecənin sonunda təşkil olunan möh...