“WhatsApp" yazışmaları bu hallarda izlənilə bilər – Ali Məhkəmədən AÇIQLAMA
Şəxsin "WhatsApp" yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır.
Bizim.Media xəbər verir ki, bu barədə Ali Məhkəmənin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqeyində bildirilib.
Plenum qərarında qeyd edilib ki, şəxsi yazışmaların toxunulmazlığı hüququ hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir.
"Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnu...