İlham Əliyev: “Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur”
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu gün qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərimiz hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir. Şübhəsiz, ali səvi...