İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”
“Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb.
Onun sözlərinə görə, Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sa...