Bu sahibkarların gəlirlərinin 75%-i vergidən AZAD EDİLDİ
Bu gündən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Qeyd edilən xidmət sahələri aşağıdakılardır:
- Proqram təminatının işlənməsi;
-layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;
- tərcümə xidmətləri;
- reklam xidmətləri;
- araşdırma və tədqiqat sahəsində fəaliyyət;
- elm, təhsil, mədəniyyət və i...