Putindən İlham Əliyevə AZAL təyyarəsi ilə bağlı növbəti TELEFON ZƏNGİ
Azərbaycan və Rusiya başçıları - İlham Əliyev və Vladimir Putin bazar günü telefonla danışıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, liderlər bir daha AZAL təyyarəsinin qəzası ilə bağlı məsələləri müzakirə ediblər.
Xatırladaq ki, dekabrın 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təyyarə qəzası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdax...