Hakan Fidan: Suriya İŞİD və PKK-dan da təmizlənəcək
Bu gün Dəməşqdə olmaqdan böyük məmnuniyyət hissi keçirirəm. Suriyalı qardaşlarıma Dəşəmqdən səslənmək mənim üçün bir şərəfdir. Çıxışımda 61 illik rejim tərəfindən qətlə yetirilən, son 14 illik azadlıq mübarizəsində şəhid olan bütün suriyalıları hörmətlə anmaq istəyirəm. 14 il boyunca sevinciniz sevincimiz, kədəriniz kədərimiz oldu. Qardaşlıq və qonşuluq hüququ bunu tələb edirdi. Bu gün Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşq şəhərində yeni Suriya hökumətinin qeyri-rəsmi lideri Əhməd Şara ilə mətbuata birgə açıqlamasında ifadə edib.
Suriyanın bundan sonra ...