Braziliyada təyyarə hotelə çırpıldı: 10 ölü, 15 yaralı var

Braziliyada təyyarə hotelə çırpıldı: 10 ölü, 15 yaralı var

Hazırda oxunan: Braziliyada təyyarə hotelə çırpıldı: 10 ölü, 15 yaralı var
226485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliyada təyyarə binaya çırpılıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Rio-Qrande-du-Sul ştatında baş verib.

Belə ki, Kanela hava limanından havaya qalxıb San-Paulu ştatına istiqamət alan kiçik şəxsi təyyarə bir neçə dəqiqə sonra mağaza və hotellərin yerləşdiyi binaya çırpılıb. 

Qəza nəticəsində təyyarədə olan 10 nəfərin öldüyü, hoteldə qalan 15 şəxsin isə yaralandığı bildirilir.

Qeyd edilir ki, təyyarə yerli biznes meneceri Luis Klaudio Salgeyro Qaleaziyə məxsus olub, lakin onun sərnişinlər arasında olub-olmadığı hələlik məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO