Hikmət Hacıyev: ““Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkilməsini tələb edirik!”
““Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil. Məqalədə peşəkar fakt yoxlanışı yoxdur və spekulyasiya, şayiələrlə doludur”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "X" hesabında yazıb.
H. Hacıyev qeyd edib ki, jurnalistikanın və medianın Avropa standartlarında belə aşağı səviyyəyə enməsi ən azı utancvericidir: “Avropa İttifaqı mediada yayılan qlobal dezinformasiyaya xüsusilə həssasdır...