Naxçıvanda yeni dəmiryolu şəbəkəsi qurulacaq - RƏSMİ AÇIQLAMA /ÖZƏL
Son illər Naxçıvan Muxtar Respublikasında infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra olunur. Yeni yollar, körpülər, sənaye və turizm obyektləri ilə yanaşı, nəqliyyat sahəsində də yenilənmə prosesi sürətlənib.
Bəs hazırda Naxçıvanda qatar fəaliyyəti varmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib ki, hazırda qatarların fəaliyyəti dayandırılıb:
“Naxçıvan Muxtar Respublikasında dəmiryolu infrastrukturunun yenilənməsi məqsədilə 2024-cü ildən sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Naxçıvanda dəmir yollarının yenidən qurulması və modernləşdirilməsi üçün...