Şahin Mustafayev Overçukla görüşdü – Müzakirə olunan məsələlər – FOTO
Rusiya hökumət nümayəndə heyətinin martın 2-də Bakıya səfəri çərçivəsində İqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksini müzakirə ediblər. Ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, tərəflər əmtəə dövriyyəsinin davamlı artımını məmnunluqla qeyd ediblər.
Orta və uzunm...