SON DƏQİQƏ! Adil Əliyevə töhmət verildi, Elşən Salahova xəbərdarlıq edildi
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan özünün müasir tarixində çiçəklənmə və tərəqqinin yüksək zirvəsinə çatı...