ATV kanalında hər həftənin cümə axşamı saat 21:30-da teleaparıcı Dilarə Əliyevanın təqdimatı ilə yayımlanan "Səs verməyin" verilişinin bu dəfəki qonağı aparıcı Mətanət Əliverdiyeva olub.
Oyunun qaydalarına görə, iştirakçıya 1000-dən çox səs verilsə, onun başına efirdə gözlənilməz hadisələr gələ bilər.
Moderator.az ATVxəbər.az saytına istinadən xəbər verir ki, yarışmada uduzan aparıcıya 1101 səs gəlib və onun başına öncə pomidor şirəsi, sonra isə un tökülüb.


































































































